Yuxarı

Cənubi Afrikada qatarların toqquşması nəticəsində bir nəfər həlak olub, 240-dan çox adam yaralanıb

Cənubi Afrikada qatarların toqquşması nəticəsində bir nəfər həlak olub, 240-dan çox adam yaralanıb
Qəza Hauten vilayətində Oukmur və Tembiza stansiyaları arasındakı yolda baş verib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Cənubi Afrikada iki qatarın toqquşması nəticəsində ağır qəza baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, 240-dan çox adam yaralanıb.

Təcili-tibbi yardım nümayəndəsi Rassell Merinqin verdiyi məlumata görə, ölən sərnişinlərin sayı 242 nəfərdir.

Qeyd edək ki, qəza dünən gecə Hauten vilayətində Oukmur və Tembiza stansiyaları arasındakı yolda baş verib.

Hadisənin səbəbləri açıqlanmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi