Cənubi Afrikada iki qatar toqquşub, ölənlər və yaralananlar var - VİDEO - YENİLƏNİB

Cənubi Afrikada iki qatar toqquşub, ölənlər və yaralananlar var - VİDEO - YENİLƏNİB Bakı. 8 yanvar. REPORT.AZ/ Cənubi Afrika Respublikasında baş verən qatar qəzası nəticəsində yaralananların sayı 604 nəfərə çatıb.
Digər ölkələr
8 Yanvar , 2019 21:05
Cənubi Afrikada iki qatar toqquşub, ölənlər və yaralananlar var - VİDEO - YENİLƏNİB

Bakı. 8 yanvar. REPORT.AZ/ Cənubi Afrika Respublikasında baş verən qatar qəzası nəticəsində yaralananların sayı 604 nəfərə çatıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə CAR-ın inzibati paytaxtı Pretoriyanın ərazisində yerləşdiyi Svane paytaxt dairəsinin rəhbəri Solli Msimanqa məlumat verib. 


*** 19:37

Cənubi Afrika Respublikasının paytaxtı Pretoriya yaxınlığındakı Mountaine Vieu stansiyasında iki sərnişin qatarının toqquşması nəticəsində 4 nəfər ölüb, 300 nəfər xəsarət alıb.

“Report” “TimesLive”ə istinadən xəbər verir ki, səhiyyə qurumlarından xəsarət alanların xəstəxanalara yerləşdirildiyi, onlardan 82 nəfərinin ağır vəziyyətdə olduğu bildirilib.

Bölgədəki yerli dəmir yollarının operatoru “Metrorail” şirkətinin sözçüsü hər iki qatarın Mabopane stansiyasından paytaxt istiqamətində eyni xətlə getdiyini bildirib. Hadisənin səbəblərinə dair araşdırma aparılır.

Ölkə Prezidenti Kiril Ramafosa ölənlərin ailələrinə başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi