Yuxarı

Cenevrədə Suriya üzrə danışıqlar başlayıb

Suriya üzrə danışıqların altıncı mərhələsi mayın 19-dək davam edəcək

Bakı. 16 may. REPORT.AZ/ Cenevrədə Suriya nizamlanması üzrə danışıqların altıncı mərhələsi başlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfərinin başçılıq etdiyi hökumətin nümayəndə heyəti təşkilatın Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə görüş üçün BMT-nin Cenevrə ofisinə gəlib.

Suriya üzrə danışıqların altıncı mərhələsi mayın 19-dək davam edəcək.

Günün ikinci yarısında de Misturanın Suriya müxalifətinin danışıqlar üzrə Ali Komitəsinin nümayəndə heyəti ilə görüş keçirəcəyi planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi