Yuxarı

Cenevrə hava limanı güclü qar yağışına görə bağlanıb

Cenevrə hava limanı güclü qar yağışına görə bağlanıb

Bakı. 1 mart. REPORT.AZ/ Cenevrə Beynəlxalq Hava Limanı əlverişsiz hava şəraitinə görə müvəqqəti olaraq bağlanıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Aeroport Administrasiyasının yaydığı bəyanatda sərnişinlərə növbəti məlumata qədər hava limanına gəlməmələri tövsiyə edilib.

Qeyd edək ki, dünən İsveçrənin adıçəkilən şəhərində qar yağışı başlayıb. Şəhərin küçələri qarla örtülüb, nəqliyyatın hərəkətində çətinliklər yaranır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi