Cəbəllütariqdə Suriyaya qeyri-qanuni yolla neft daşıyan tanker saxlanılıb

Cəbəllütariqdə Suriyaya qeyri-qanuni yolla neft daşıyan tanker saxlanılıb Cəbəllütariqin liman nümayəndələri və polisinin Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Donanması ilə birgə keçirdiyi əməliyyatda Suriyaya qeyri-qanuni yolla xam neft daşıyan supertankeri saxlanılıb.
Digər ölkələr
4 İyul , 2019 16:50
Cəbəllütariqdə Suriyaya qeyri-qanuni yolla neft daşıyan tanker saxlanılıb
Fotolia

Cəbəllütariqin liman nümayəndələri və polisinin Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Donanması ilə birgə keçirdiyi əməliyyatda Suriyaya qeyri-qanuni yolla xam neft daşıyan supertankeri saxlanılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Fabian Pikardo bildirib.

"Grace 1" gəmisi Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarını pozaraq hərəkət edib.

Məlumata görə, yük Suriyanın Banyas şəhərindəki neft emalı zavoduna çatdırılmalı idi. Tanker iki milyon barel xam neft daşıyırdı.

Son xəbərlər

Orphus sistemi