Ceb Buş: ABŞ Mərkəzi Avropada hərbi gücünü artırmalıdır

Ceb Buş: ABŞ Mərkəzi Avropada hərbi gücünü artırmalıdır "Biz daha güclü olmalıyıq və müttəfiqlərimizi təhlükəsizliyə daha çox vəsait ayırmağa ikna etməliyik"
Digər ölkələr
11 İyun , 2015 21:41
Ceb Buş: ABŞ Mərkəzi Avropada hərbi gücünü artırmalıdır

Bakı. 11 İyun. REPORT.AZ/ ABŞ-ın Florida ştatının sabiq qubernatoru, Respublikaçılar Partiyasının prezidentliyə mümkün namizədi Ceb Buş hesab edir ki, rəsmi Vaşinqton Mərkəzi Avropada hərbi gücünü artırlmalıdır.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Polşada səfərdə olan C.Buş, bildirib ki, hazırda Avropa ölkələrində yerləşən ABŞ-ən hərbi kontengenti regional təhlükəsizliyi təmin etməyə kifayət etmir.

"Biz daha güclü olmalıyıq və müttəfiqlərimizi təhlükəsizliyə daha çox vəsait ayırmağa inandırmalıyıq", - deyə C. Buş vurğulayıb.

Qeyd edək ki, Ceb Buş iyunun sonunadək ABŞ-da 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirakını rəsmən bəyan etməlidir.

Son xəbərlər

Orphus sistemi