Çavuşoğlu Pompeo ilə ABŞ qoşunlarının Suriyadan çıxarılması məsələsini müzakirə edib

Çavuşoğlu Pompeo ilə ABŞ qoşunlarının Suriyadan çıxarılması məsələsini müzakirə edib Danışıqların digər detalları, eləcəd də Ankaranın bu qərara reaksiyası barədə məlumat verilmir
Digər ölkələr
20 Dekabr , 2018 10:57
Çavuşoğlu Pompeo ilə ABŞ qoşunlarının Suriyadan çıxarılması məsələsini müzakirə edib

Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında dünən telefon danışığı baş tutub və tərəflər Vaşinqtonun Suriyadan qoşunlarını çıxarması ilə bağlı qərarını müzakirə ediblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə XİN-dəki mənbə məlumat verib.

Amma danışıqların digər detalları, eləcəd də Ankaranın bu qərara reaksiyası barədə məlumat verilmir.

Xatırladıb ki, dünən ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması barədə sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi