Çavuşoğlu: "Rusiya prezidenti uyğun görərsə, onunla görüşməyə hazırıq"

Çavuşoğlu: "Rusiya prezidenti uyğun görərsə, onunla görüşməyə hazırıq" Türkiyənin XİN rəhbəri Suriya üzrə görüşdən əvvəl rusiyalı həmkarı ilə görüşəcəyini bildirib
Digər ölkələr
20 Dekabr , 2016 02:33
Çavuşoğlu: Rusiya prezidenti uyğun görərsə, onunla görüşməyə hazırıq

Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya prezidenti Vladimir Putin uyğun görərsə, onunla görüşməyə hazır olduğunu deyib.

"Report" xəbər verir ki, bunu o, çərşənbə axşamı səfərdə olduğu Moskva şəhərində bildirib.

"Əgər Rusiya prezidenti Vladimir Putin münasib bilərsə, biz bu görüşə hazırıq", - deyə XİN rəhbəri bildirib.

O, həmçinin dekabrın 20-də Rusiya, Türkiyə və İranın xarici siyasət idarələri rəhbərləri arasında keçiriləcək Suriya üzrə görüşdən əvvəl rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi