Cavuşoğlu İsrail nümayəndəsinə görə Münhen konfransını tərk edib

Cavuşoğlu İsrail nümayəndəsinə görə Münhen konfransını tərk edib "Qərarım Berlin-Ankara əlaqələrinə təsir edə bilməz"
Digər ölkələr
7 Fevral , 2015 18:37
Cavuşoğlu İsrail nümayəndəsinə görə Münhen konfransını tərk edib

Bakı. 7 fevral. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri İsrail rəsmilərinin iştirakı səbəbi ilə Münhendə keçirilən 51-ci Təhlükəsizlik konfransını tərk edib.

"Report" NTV telekanalına istinadla xəbər verir ki, İsrail nümayəndə heyəti M.Cavuşoğlunun çıxış edəcəyi Orta Şərq üzrə sessiyaya son anda dəvət olunub. Bu da Türk tərəfinin etirazına səbəb olub.

M.Cavuşoğlunun sözlərinə görə, bu qərar Türkiyə-Almaniya əlaqələrinə mənfi təsif göstərməyəcək: "Mən konfransda iştirak etmək niyyətində idim, təşkilatçılar İsrail nümayəndələrini iştiraxçılar siyahısına daxil edəndən sonra qərarım dəyişdi. Bu beynəlxaql konfransdır. Qərarım Berlin-Ankara əlaqələrinə təsir edə bilməz".

Son xəbərlər

Orphus sistemi