Çavuşoğlu: "Biz heç zaman Krımın qanunsuz işğalını tanımayacağıq"

Çavuşoğlu: "Biz heç zaman Krımın qanunsuz işğalını tanımayacağıq" Ukrayna prezidenti Türkiyəni Krım tatarlarının hüquqlarını müdafiə etmək üçün əməkdaşlığı möhkəmləndirməyə çağırıb
Digər ölkələr
11 Noyabr , 2014 12:13
Çavuşoğlu: Biz heç zaman Krımın qanunsuz işğalını tanımayacağıq

Bakı. 11 noyabr. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. "Report" Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı Türkiyənin xarici işlər naziri bildirib ki, onun ölkəsi Poroşenkonun Donbasda vəziyyətin tənzimlənməsi ilə bağlı Sülh Planını dəstəkləyir. 

"Biz Ukraynanın ərazi bütövlüyünü tamamilə dəstəkləyirik. Biz heç zaman Krımın qanunsuz işğalını tanımayacağıq", - deyə M.Çavuşoğlu qeyd edib. 

Dövlət başçısı göstərdikləri dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib və Türkiyənin beynəlxalq arenada, xüsusilə də beynəlxalq təşkilatlardakı mövqeyinin vacibliyini vurğulayıb. 

P.Poroşenko Türkiyəni Krım tatarlarının hüquqlarını müdafiə etmək üçün əməkdaşlığı möhkəmləndirməyə çağırıb. O xatırladıb ki, Krım tatarlarının liderləri Mustafa Cəmilov və Refat Çubarovun Krıma girişi qadağan olunub.

Türkiyə XİN rəhbəri Ukraynaya Krım tatarlarına göstərdikləri dəstək üçün minnətdarlığını bildirib. O, həmçinin Türkiyənin gələn ilin əvvəlində keçiriləcək Ukrayna üçün donor və sərmayəçilər konfransında iştirak edə biləcəyini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi