Venesuela hərbi kəşfiyyatının keçmiş başçısı müxalifətin tərəfinə keçib

Venesuela hərbi kəşfiyyatının keçmiş başçısı müxalifətin tərəfinə keçib Bakı. 22 fevral. REPORT.AZ/ Venesuelada bir sıra dövlətlərin Prezident kimi tanıdıqları Nikolas Maduronun partiyadaşı, hakim Vahid Sosialist Partiyasından deputat Uqo Karvaxal müxalifət lideri, daha çox müvəqqəti ölkə başçısı kimi tanınan Xuan Quaydonu tanıdığını bildirib.
Digər ölkələr
22 Fevral , 2019 12:32
Venesuela hərbi kəşfiyyatının keçmiş başçısı müxalifətin tərəfinə keçib

Bakı. 22 fevral. REPORT.AZ/ Venesuelada bir sıra dövlətlərin Prezident kimi tanıdıqları Nikolas Maduronun partiyadaşı, hakim Vahid Sosialist Partiyasından deputat Uqo Karvaxal müxalifət lideri, daha çox müvəqqəti ölkə başçısı kimi tanınan Xuan Quaydonu tanıdığını bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.

“Cənab müvəqqəti prezident Xuan Quaydo Markes azadlıq və demokratiya uğrunda mübarizə aparmağa hazır olan daha bir əsgər qarşınızdadır”, - Uqo Karvaxal yazıb.

O, Nikolas Maduronu qanundankənar dövlət başçısı adlandıraraq Venesuela hərbçilərini ölkəyə xarici humanitar yardımların gətirilməsinə müdaxilə etməməyə çağırıb.

U.Karvaxalın eks-prezident Uqo Çavesin prezidentliyi dövründə ölkəsinin hərbi kəşfiyyatına başçılıq etdiyi bildirilir.

Ötən il mayın 20-də Venesuelada prezident seçkisi keçirilib. N.Maduro səslərin 68 faizini toplayaraq qalib gəlib. O, bu il yanvarın 10-da ölkənin Ali Məhkəməsində and içib. N.Maduro 2025-ci ilədək Venesuelaya rəhbərlik etməlidir. Müxalifət buna qarşı çıxaraq Maduronu hakimiyyəti qəsb etməkdə günahlandırır. 

Son xəbərlər

Orphus sistemi