Castin Tryudo "Huawei"yin maliyyə direktorunun Kanadada həbsini şərh edib

Castin Tryudo "Huawei"yin maliyyə direktorunun Kanadada həbsini şərh edib Bakı. 7 dekabr. REPORT.AZ/ Kanadanın baş naziri Castin Tryudo Çinin Huawei Technologies şirkətinin maliyyə direktoru Men Vançjounun Kanada ərazisində saxlanılmasına münasibət bildirib.
Digər ölkələr
7 Dekabr , 2018 06:35
Castin Tryudo Huaweiyin maliyyə direktorunun Kanadada həbsini şərh edib

Bakı. 7 dekabr. REPORT.AZ/ Kanadanın baş naziri Castin Tryudo Çinin "Huawei Technologies" şirkətinin maliyyə direktoru Men Vançjounun Kanada ərazisində saxlanılmasına münasibət bildirib.

"Report" xəbər verir ki, bu barədə "Global News" məlumat yayıb.

Siyasətçi bildirib ki, o, bu barədə müvafiq hakimiyyət orqanları tərəfindən bir neçə gün ərzində məlumatlandırılıb.

"Mən hamını əmin edə bilərəm ki, bizim ölkənin müstəqil məhkəmə sistemi və müvafiq hakimiyyət orqanları bu halda siyasi müdaxilə olmadan qərar qəbul edib", - deyə baş nazir bildirib.

Tryudonun sözlərinə görə, o, bu məsələni beynəlxalq tərəfdaşları ilə müzakirə etməyib.

Qeyd edək ki, daha əvvəl Kanadanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının Men Vançjounu saxlamaları barədə xəbər verilib. ABŞ onu ekstradisiya etmək istəyir. 

Son xəbərlər

Orphus sistemi