CAR-da qızıl yataqlarında baş vermiş partlayış nəticəsində həlak olanların sayı 29-a çatıb

CAR-da qızıl yataqlarında baş vermiş partlayış nəticəsində həlak olanların sayı 29-a çatıb Torpağın altında hələ də cəsədlər var
Digər ölkələr
18 May , 2017 02:00
CAR-da qızıl yataqlarında baş vermiş partlayış nəticəsində həlak olanların sayı 29-a çatıb
Foto: quicknews.

Bakı. 18 may. REPORT.AZ/ Cənubi Afrika Respublikasında (CAR) qızıl yataqlarında baş vermiş partlayış nəticəsində həlak olanların sayı 29-a çatıb.

"Report"un məlumatına görə, bu barədə "Times" qəzeti yerli polisə istinadən yazıb.

Xəbərdə bildirilir ki, CAR-ın fövqəladə xidmətləri qeyri-leqal qızıl mədənində baş vermiş partlayışdan sonra dağıntılar altından 29 cəsədi çıxarıb.

Partlayış Fri-Steyt vilayətində, əvvəllər "Harmony Gold" şirkətinə məxsus olmuş mədəndə baş verib. Mədəndə qızılın hasilatının qeyri-qanuni davam etdirildiyi bildirilir.

"Bu gün səhər on bir qeyri-leqal qızılaxtaran saxlanılıb. Onlar bildirirlər ki, torpağın altında hələ də cəsədlər var" – deyə polisin nümayəndəsi, general-leytenant Lerato Molale bildirib. 

Həlak olanların əksəriyyəti digər Afrika dövlətlərindən - Zimbabvedən, Mozambikdən və Lesotodan olan mühacirlərdir.

Son xəbərlər

Orphus sistemi