CAR-da fırtına nəticəsində 8 nəfər həlak olub

CAR-da fırtına nəticəsində 8 nəfər həlak olub Dörd nəfər təbii hadisənin zərbəsinin gücündən yaranmış yanğın nəticəsində ölüb
Digər ölkələr
8 İyun , 2017 05:04
CAR-da fırtına nəticəsində 8 nəfər həlak olub

Bakı. 8 iyun. REPORT.AZ/ Cənubi Afrika Respublikasının Keyptaun şəhərində fırtına nəticəsində 8 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Associated Presse" xəbər verib.

Agentliyin məlumatına görə, 4 nəfər təbii hadisənin zərbəsinin gücündən yaranmış yanğın nəticəsində ölüb. Daha bir nəfər isə uçulmuş evin dağıntıları altında qalaraq dünyasını dəyişib.

Rəsmi məlumata əsasən təbii hadisə nəticəsində ümumilikdə 8 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi