Camal Qaşıqçının oğlu Səudiyyə Ərəbistanından ABŞ-a gəlib

Camal Qaşıqçının oğlu Səudiyyə Ərəbistanından ABŞ-a gəlib Bakı. 26 oktyabr. REPORT.AZ/ Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Qaşıqçının oğlu Salah ibn Camal Qaşıqçı Səudiyyə Ərəbistanını tərk edib.
Digər ölkələr
26 Oktyabr , 2018 01:59
Camal Qaşıqçının oğlu Səudiyyə Ərəbistanından ABŞ-a gəlib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Qaşıqçının oğlu Salah ibn Camal Qaşıqçı Səudiyyə Ərəbistanını tərk edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

"Human Rights Watch" təşkilatının Yaxın Şərq üzrə bölməsinin icraçı direktoru Sara Li Uitsonun sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə Ər-Riyadı tərk edib və ABŞ-a doğru istiqamət alıb. Bu, mərhum jurnalistin oğluna Ər-Riyadı tərk etməklə bağlı qoyulmuş qadağa götürüldükdən sonra baş verib.

Öz növbəsində CNN telekanalı mənbəyə istinadən Qaşıqçının oğlunun ABŞ-a çatdığını xəbər verib.

Salah Camal Qaşıqçının böyük oğludur. Onun ikili – Səudiyyə Ərəbistanı və ABŞ vətəndaşlığı var.

Son xəbərlər

Orphus sistemi