Cakartada törədilən terror aktı nəticəsində 3 polis ölüb

Cakartada törədilən terror aktı nəticəsində 3 polis ölüb Daha 10 nəfər yaralanıb
Digər ölkələr
24 May , 2017 23:57
Cakartada törədilən terror aktı nəticəsində 3 polis ölüb
EPA

Bakı. 24 may. REPORT.AZ/ İndoneziyanın paytaxtında terrorçu-kamikadzelərin törətdiyi iki partlayış nəticəsində üç polis əməkdaşı ölüb, daha 10 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Reuters" məlumat yayıb.

Partlayışlar Cakartanın şərqində yerləşən avtobus stansiyasında baş verib. Yaralılardan 5 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır, digər beşi isə mülki vətəndaşlardır. Bombalar 5 dəqiqə fasilə ilə partlayıb.

Son xəbərlər

Orphus sistemi