Çadın keçmiş prezidentinə ömürlük həbs cəzası verilib

Çadın keçmiş prezidentinə ömürlük həbs cəzası verilib Bu, Afrika İttifaqı tərəfindən təşkil olunan məhkəmənin keçmiş prezidentə hökm çıxardığı birinci hadisədir
Digər ölkələr
30 May , 2016 16:21
Çadın keçmiş prezidentinə ömürlük həbs cəzası verilib

Bakı. 30 may. REPORT.AZ/ Çadın keçmiş prezidenti Xissen Xabreyə ömürlük həbs cəzası verilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu qərarı Seneqaldakı xüsusi tribunal qəbul edib. 

Çadın keçmiş rəhbəri döymə, zorlama, sifarişli qətllərdə ittiham olunub. Ümumilikdə, o, 1980-1990-cı illər ərzində 40 000 nəfərin qətlində günhlandırılır. X.Xabre bu ittihamları təkzib edib.

Bu, Afrika İttifaqı tərəfindən təşkil olunan məhkəmənin keçmiş prezidentə hökm çıxardığı birinci hadisədir. 

Son xəbərlər

Orphus sistemi