Bakı. 25 sentyabr. REPORT.AZ/ "Boko haram" terror qruplaşmasının silahlıları Çadın qərbində hərbi hissəyə hücum edib.
"Report" xəbər verir ki, bu barədə "France-Presse" məlumat yayıb.
Məlumata görə, hadisə Nigerlə sərhəddə baş verib. Silahlı toqquşmada 4 hərbi qulluqçu həlak olub.
"Atışma zamanı həmçinin 7 ekstremist məhv edilib" – deyə ölkənin güc strukturunun rəsmisi bildirilib.