​Buxarestdə gecə klubunda ölənlərin sayı 45 nəfərə çatıb

​Buxarestdə gecə klubunda ölənlərin sayı 45 nəfərə çatıb Xəstəxanada klubda çıxış edən qrupun təbilçisi ölüb
Digər ölkələr
9 Noyabr , 2015 05:59
​Buxarestdə gecə klubunda ölənlərin sayı 45 nəfərə çatıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Buxarestin “Clubul Colectiv” gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, noyabrın 8-də axşam klubda çıxış edən qrupun təbilçisi Boqdan Enake xəstəxanada ölüb.

Rumıniya Daxili İşlər Nazirliyinin məlumatına görə, Enake yanıq xəsarətlərinin müalicəsi məqsədi üçün təyyarə ilə İsveçrəyə göndərilərkən kardiorespirator çatışmazlığı başlayıb.

Rumıniyaya geri qayıdan təyyarənin enişindən az sonra musiqiçi dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi