Bakı. 20 avqust. REPORT.AZ/ Burkino-Fasonun paytaxtı Vaqadurda terror aktı zamanı ölənlərin sayı 19-a çatıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, terroçuların ağır yaraladığı hərbi qulluqçulardan biri ölüb. Öldürülənlər arasında həmçinin Türkiyə vətəndaşı da var.
Hakimiyyət orqanları hadisəni terror aktı kimi qiymətləndiriblər. Hücumda iştirak etmiş iki terrorçu hadisə zamanı məhv edilib.
Terror aktında 22 nəfər xəsarət alıb. Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.