Burkino-Fasoda restorana hücum edərək 17 nəfəri öldürən terrorçular zərərsizləşdiriliblər

Burkino-Fasoda restorana hücum edərək 17 nəfəri öldürən terrorçular zərərsizləşdiriliblər Xəstəxanadan verilən məlumata görə, terrorçuların hücumu nəticəsində ölənlərdən biri Türkiyə vətəndaşıdır
Digər ölkələr
14 Avqust , 2017 10:42
Burkino-Fasoda restorana hücum edərək 17 nəfəri öldürən terrorçular zərərsizləşdiriliblər

Bakı. 14 avqust. REPORT.AZ/ Burkina-Fasonun paytaxtı Uaqaduquda terrorçuların “Aziz İstanbul” adlı Türkiyə restoranına hücumu nəticəsində 17 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Burkino-Fasonun əlaqələr üzrə naziri Remi Dancinu bildirib.

Onun sözlərinə görə, hücum edən 3 nəfər öldürülsə də kafedə adamların qaldığı istisna edilmir. R.Dancinu bildirib ki, hökumət hadisə ilə bağlı araşdırma aparır. 

Şahidlərin dediyinə görə, silahlı 3 nəfər otelin və restoranın qarşısındakı küçədə oturan müştərilərə atəş açıb. Xəstəxanadan verilən məlumata görə, ölənlərdən bir Türkiyə vətəndaşıdır. 

Qeyd edək, 2016-cı ilin yanvarında həmin küçədə başqa kafe və otelə “Əl-Qaidə”nin hücumu nəticəsində 30 nəfər öldürülüb. Onda terrorçular 170 nəfəri girov götürüblər.

Son xəbərlər

Orphus sistemi