​Burkina-Fasoda oteldə girov götürülən 30 nəfər azad edilib

​Burkina-Fasoda oteldə girov götürülən 30 nəfər azad edilib Onların arasında bir nəfər nazir də var
Digər ölkələr
16 Yanvar , 2016 08:22
​Burkina-Fasoda oteldə girov götürülən 30 nəfər azad edilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Burkina-Fasoda biri nazir olmaqla təqribən 30 nəfər hüquq-mühafizə orqanları tərəfindən azad edilib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Bundan əvvəl isə hərbçilərin "Əl-Qaidə" terrorçuları tərəfindən ələ keçirilmiş otel binasında əməliyyata başladıqları bildirilmişdi.

Gecə saatlarında Qərbi Afrika ölkəsinin paytaxtı Uaqaduquda yerləşən "Splendid" mehmanxanasına silahlı hücum nəticəsində 20 nəfər həyatını itirib. İnsidet nəticəsində, həmçinin 15 nəfər odlu silah yarası və travma alıb. Terror aktına görə məsuliyyəti "Əl-Qaidə" terror təşkilatı öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi