​Burkina-Fasoda avtobus gölə düşüb, 22 nəfər batıb

​Burkina-Fasoda avtobus gölə düşüb, 22 nəfər batıb Təhqiqatçılar hadisənin dəqiq səbəbini müəyyən etməyə çalışırlar
Digər ölkələr
28 Noyabr , 2015 05:22
​Burkina-Fasoda avtobus gölə düşüb, 22 nəfər batıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Burkina-Fasonun cənub-qərbində mikroavtobus dambadan aşaraq gölə düşüb və nəticədə 22 nəfər batıb, daha 8 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə ölkə hökumətinin bəyanatında bildirilir.

"Mikroavtobusun Kibaloqoda dambadan aşağı düşməsi nəticəsində 22 nəfər batıb. Təhqiqatçılar hadisənin dəqiq səbəbinin müəyyən edilməsi üzərində işləyirlər", — deyə "Frans Press" hökumətin bəyanatını sitat gətirib.

Son xəbərlər

Orphus sistemi