Buenos-Ayresdə iğtişaşlar zamanı azı 17 nəfər xəsarət alıb

Buenos-Ayresdə iğtişaşlar zamanı azı 17 nəfər xəsarət alıb Polis 23 nəfəri saxlayıb
Digər ölkələr
2 Sentyabr , 2017 07:40
Buenos-Ayresdə iğtişaşlar zamanı azı 17 nəfər xəsarət alıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Argentinanın paytaxtı Buenos-Ayresdə iğtişaşlar zamanı 9-u polis olmaqla azı 17 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Etirazlar nümayişçinin avqustun əvvəlində itkin düşməsindən sonra başlayıb. Onlar hökumətdən avqustun 1-də, ehtimal ki, polis tərəfindən saxlanıldıqdan sonra itkin düşmüş Santyaqo Maldonadonun axtarılmasını tələb ediblər.

İğtişaşlar bir qrup etirazçının Prezident Sarayı qarşısında asayiş keşikçilərinə daş və butulka atmasından sonra başlayıb.

Polis hazırda 23 nəfər saxlayıb, Argentina paytaxtında vəziyyət normallaşıb.

Son xəbərlər

Orphus sistemi