ABŞ prezidenti Yaponiyada rəsmi səfərdədir

ABŞ prezidenti Yaponiyada rəsmi səfərdədir ABŞ prezidenti Donald Tramp mayın 25-də Yaponiyaya rəsmi səfər edib.
Digər ölkələr
25 May , 2019 13:22
ABŞ prezidenti Yaponiyada rəsmi səfərdədir

ABŞ prezidenti Donald Tramp mayın 25-də Yaponiyaya rəsmi səfər edib.

“Report” TASS-a istinadən xəbər verir ki, səfər mayın 28-dək davam edəcək.

Bu, 1992-ci ildən bəri ABŞ prezidentinin Yaponiyaya ən uzunmüddətli səfəridir. D.Trampın səfərinin əsas hissəsi mayın 27-də başlayacaq. Həmin gün o, Yaponiyanın baş naziri Sindzo Abe və mayın 1-dən taxta oturmuş Yaponiyanın yeni imperatoru Naruxito ilə görüşəcək.

ABŞ prezidentinin səfərinin təhlükəsizliyini Yaponiyanın 25 min polis əməkdaşı təmin edir. 

İngilis versiyası US President visits Japan

Son xəbərlər

Orphus sistemi