"Total" bütün əməkdaşlarını Venesueladan təxliyyə edib

"Total" bütün əməkdaşlarını Venesueladan təxliyyə edib Bakı. 8 fevral. REPORT.AZ/ Fransanın Total şirkəti bütün əməkdaşlarını Venesueladan çıxarıb.
Digər ölkələr
8 Fevral , 2019 06:30
Total bütün əməkdaşlarını Venesueladan təxliyyə edib
AP

Bakı. 8 fevral. REPORT.AZ/ Fransanın "Total" şirkəti bütün əməkdaşlarını Venesueladan çıxarıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "CEO Total"ın səhmdarı Patrik Puyanne bildirib.

O, bildirib ki, bu, şirkətin əməkdaşlarının təhlükəsizliyi üçün edilib. Rəsmi informasiyaya görə, həftənin əvvəlində Venesuelada "Total"ın 50 əməkdaşı vardı. Mənbə bildirib ki, əslində ölkədə ancaq bir neçə menecer qalıb. Onlar da Venesueladan bazar ertəsi gediblər.

Puyanne həmçinin onu da bildirib ki, ABŞ-ın son sanksiyaları nəticəsində Venesuelada "Total"ın hesabları bloklanıb. Vaşinqtonda bunu prezident Nikolas Maduronun neftin satışından gəlirlərdən məhrum etmək arzusu ilə izah ediblər.

Qeyd edək ki, yanvarın 29-da ABŞ Maliyyə Nazirliyi Venesuelanın PDVSA dövlət neft şirkətinə qarşı sanksiyalar tətbiq etdiklərini açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi