Bu ilin əvvəlindən Aralıq dəniziylə Avropaya 100 mindən çox miqrant və qaçqın gəlib

Bu ilin əvvəlindən Aralıq dəniziylə Avropaya 100 mindən çox miqrant və qaçqın gəlib Avropaya gedən yolda ilin əvvəlindən 413 miqrant ölüb
Digər ölkələr
24 Fevral , 2016 09:36
Bu ilin əvvəlindən Aralıq dəniziylə Avropaya 100 mindən çox miqrant və qaçqın gəlib

Bakı. 24 fevral. REPORT.AZ/ Bu ilin əvvəlindən Yunanıstan və İtaliyada gələn qaçqınların sayı bu həftə 100 min nəfəri keçib. "Report"un BMT-nin xəbər mərkəzinə istinadən verdiyi məlumta görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatından (BMqT) bildiriblər.

Fevralın 22-nə olan məlumata görə, yalnız Yunanıstana bu ilin əvvəlindən Aralıq dəniziylə 102 547 nəfər gəlib. 2015-ci ildə yeni miqrantların sayı iyul ayında 100 min həddini aşıb.

2016-cı ildə Aralıq dənizi vasitəsilə Avropaya üz tutan 413 miqrant və qaçqın ölüb. Aralıq dənizinin şərqində, Türkiyə və Yunanıstan arasında olan hissəyə marşrut ən ölümcül marşrut olaraq qalmaqdadır.

BMT-nin məlumatına görə, fevral ayında yunan adalarına 42,861 miqrant gəlib. Onlar əsasən suriyalı, əfqan, iraqlı, iranlı və pakistanlılardır. Eyni zamanda Mərakeş, Banqladeş və Somalidən də miqrantlar var.

Son xəbərlər

Orphus sistemi