Bu il Hindistanda "donuz qripi"ndən 226 nəfər ölüb

Bu il Hindistanda "donuz qripi"ndən 226 nəfər ölüb Bakı. 5 fevral. REPORT.AZ/ Bu il Hindistanda H1N1 (“donuz qripi”) virusuna yoluxan 226 nəfər dünyasını dəyişib.
Digər ölkələr
5 Fevral , 2019 15:18
Bu il Hindistanda donuz qripindən 226 nəfər ölüb

Bakı. 5 fevral. REPORT.AZ/ Bu il Hindistanda H1N1 (“donuz qripi”) virusuna yoluxan 226 nəfər dünyasını dəyişib.

“Report” NDTV-yə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi 6 mindən artıq sakinin virusa yoluxduğunu bildirib.

“Donuz qripi”nin ən ciddi fəsadları Racəsthan ştatında qeydə alınıb. Belə ki, burada 2263 nəfər yoluxandan 85 nəfəri ölüb. Paytaxt Dehli və ətrafında 1011 nəfər virusa yoluxub və bunlardan 14 nəfər xəstəliyin qurbanı olub.

Həmçinin rəsmi məlumatlara görə, 2018-ci ildə ölkənin şimalında “donuz qripi”nə 15 minədək sakin yoluxmuş, 1100-dək insan dünyasını dəyişmişdi.

Son xəbərlər

Orphus sistemi