Bu gün Oklahoma faciəsinin 20-ci ildönümüdür.

Bu gün Oklahoma faciəsinin 20-ci ildönümüdür. Teror aktı 169 nəfərin ölümünə səbəb olmuşdu
Digər ölkələr
19 Aprel , 2015 19:50
Bu gün Oklahoma faciəsinin 20-ci ildönümüdür.

Bakı. 19 aprel. REPORT.AZ/ 1995-ci ilin aprel ayının 19-da Oklahomadaki Alfred Murrah binasında partlayış 169 nəfərin ölümünə səbəb olmuşdu. Hadisə Amerika tarixində ən dəhşətli terror aksiyaları sırasında yer alır.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, ABŞ baş prokuroru Erik Holder deyib ki, 20 il əvvəl azadlıq, demokratiya və qanunun aliliyinə riayət edən bir ölkə terror hücumuna məruz qalıb. O, Amerika xalqının iradəsinin bu ölkəni azadlığın mayakına çevirdiyini deyib.

Timoti Makvey adlı şəxs partlayıcı maddələrlə dolu yük maşınını binanın qarşısında saxlamışdı. Partlayış binanın ön tərəfini tamamilə dağıtmaqla yanaşı, 16 kvartal radiusunda tikililərə ziyan vurmuşdu.

Cinayətkar 2001-ci ildə edam edilmişdi. Onun əlbiri Terri Linn Nikols ömürlük həbs cəzası altındadır.

Son xəbərlər

Orphus sistemi