Yuxarı

Bu gün növbəti ABŞ-Çin ticarət danışıqları keçiriləcək

​Bu gün növbəti ABŞ-Çin ticarət danışıqları keçiriləcək

ABŞ-la Çin arasında ticarət danışıqlarının növbəti mərhələsi bu gün keçiriləcək.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

O, qeyd edib ki, iyunun 19-da iki ölkənin nümayəndələri danışıqların növbəti mərhələsinə başlayacaqlar.

"Sabah (iyunun 19-da) bizim komandalar danışıqlara (ticarət -red) başlayacaqlar. Görək nə olacaq. Çin sazişi imzalamaq istəyir, biz sazişi imzalamaq istəyirik, amma saziş bütün tərəflər üçün yaxşı olmalıdır", - deyə dövlət başçısı bildirib. 

Daha əvvəl Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla telefon söhbəti zamanı iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində görüşməyə hazır olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi