Bu gün Maltada Avropa İttifaqı liderlərinin qeyri-rəsmi sammiti başlayır

Bu gün Maltada Avropa İttifaqı liderlərinin qeyri-rəsmi sammiti başlayır Görüşdə əsasən Böyük Britaniyanın ittifaqdan çıxışı və miqrasiya böhranı müzakirə olunacaq
Digər ölkələr
3 Fevral , 2017 10:00
Bu gün Maltada Avropa İttifaqı liderlərinin qeyri-rəsmi sammiti başlayır

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün Maltada Avropa İttifaqı ölkələri liderlərinin ikigünlük qeyri-rəsmi sammiti başlayır. 

"Report" xəbər verir ki, görüşdə əsasən Böyük Britaniyanın ittifaqdan çıxışı və miqrasiya böhranı müzakirə olunacaq.

Liderlər qaçqınların Liviyadan İtaliyaya köç etməsi marşrutuna nəzarət məsələsinə xüsusi diqqət ayıracaqlar. 

Dövlət və hökumət başçıları miqrantlarla bağlı vəziyyəti nəzarət altına alacaq mexanizm hazırlamağı planlaşdırırlar.

Son xəbərlər

Orphus sistemi