Yuxarı

Böyük Britaniyada yeni baş nazir seçilib - YENİLƏNİB

Bu gün Böyük Britaniyanın yeni baş naziri məlum olacaq

Boris Conson Böyük Britaniyanın yeni baş naziri seçilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, vəzifəsinin icrasına iyulun 24-də başlayacaq.

B.Conson hökumət başçısı vəzifəsini artıq istefa vermiş baş nazir Tereza Meydən təhvil alacaq. Yeni baş nazirin əsas hədəfi oktyabrın 31-də Britaniyanı Avropa İttifaqından tam çıxarmaq üçün hazırda davam edən hüquqi prosedurları yekunlaşdırmaqdır.  


*** 11:37

Bu gün Böyük Britaniyanın yeni baş naziri seçiləcək.

“Report” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İyulun 23-də Britaniya Mühafizəkarlar Partiyasının yeni liderinin adı açıqlanacaq. Partiya sədrliyi uğrunda mübarizə Aleksander Boris de Pfeffel Conson və Ceremi Riçard Sreynşem Xant arasında gedəcək. Partiya sədri seçiləcək şəxs həm də Böyük Britaniyanın yeni baş naziri olacaq.

Seçkinin nəticələri günün ikinci yarısı açıqlancaq. Ancaq Britaniyada çıxan səhər qəzetləri Boris Consonun baş nazir olacağına şübhə etmədiklərinin yazıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi