Bakı. 5 yanvar. REPORT.AZ/ "Lima qrupu"nun bəyanatlarına baxmayaraq, Meksika hökuməti Venesuela ilə diplomatik əlaqələri kəsmək niyyətində deyil.
"Report" xarici mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Maksimiliano Reyes deyib.
O, bildirib ki, Meksika Venesuela ilə diplomatik münasibətləri dəstəkləməkdə davam edəcək.
Hökumət rəsmisinin sözlərinə görə, "Venesuela xalqının sülh, demokratiya və təhlükəsizlik çərçivəsində lazımi inkişafında sabitliyə" nail olmaq üçün Meksika mövcud şəraitə mənalı dialoq imkanları baxımından yanaşacaq.