Brüsseldə Rusiya-Aİ danışıqları baş tutub

Brüsseldə Rusiya-Aİ danışıqları baş tutub Aralıq dənizi vasitəsiylə Avropada daxil olan miqrantlar məsələsi müzakirə predmeti olub
Digər ölkələr
19 May , 2015 00:12
Brüsseldə Rusiya-Aİ danışıqları baş tutub

Bakı. 19 May. REPORT.AZ/ Rusiya xarici işlər naziri Sergey Lavrov Brüsseldə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşüb. "Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, tərəflər əsasən Aralıq dənizi vasitəsiylə Avropaya daxil olmaq istəyən Afrikalı miqrantlar mövzusunu müzakirə ediblər.

Lavrov qeyd edib ki, Aİ dövlətlərinin bu istiqamətdə atacağı bütün addımlar BMT-nin nizamnaməsinə uyğun olmalıdır.

Daha sonra görüş qapalı qapılar arxasında davam edib.

Son xəbərlər

Orphus sistemi