Brüsseldə etirazçılarla polis arasında toqquşma olub

Brüsseldə etirazçılarla polis arasında toqquşma olub Bakı. 8 dekabr. REPORT.AZ/ Şənbə günü Belçikanın paytaxtı Brüsseldə Sarı jiletlilər hərəkatının iştiakçıları ilə polis arasında qarşıdurma baş verib.
Digər ölkələr
8 Dekabr , 2018 22:53
Brüsseldə etirazçılarla polis arasında toqquşma olub

Bakı. 8 dekabr. REPORT.AZ/ Şənbə günü Belçikanın paytaxtı Brüsseldə "Sarı jiletlilər" hərəkatının iştiakçıları ilə polis arasında qarşıdurma baş verib.

“Report” "Le Soir" nəşrinə istinadən xəbər verir ki, polis nümayişçilərin onlara fişəng atmasından sonra su şırnağı tətbiq edib.

Nəşrin məlumatına görə, iğtişaşlar zamanı bir neçə nəfər saxlanılıb.

Etiraz aksiyasında azı 400 nəfər iştirak edib.

Bundan əvvəl Parisdə "Sarı jiletlilər"in etiraz aksiyası zamanı 30 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi