"Sarı jiletlilər" Brüsseldə etiraz aksiyası keçirir

"Sarı jiletlilər" Brüsseldə etiraz aksiyası keçirir Təxminən, 50 nəfərdən ibarət qrup səhər saatlarında Sharbek şimal məhəlləsində toplanıb
Digər ölkələr
22 Dekabr , 2018 17:46
Sarı jiletlilər Brüsseldə etiraz aksiyası keçirir
РИА Новости / Алексей Витвицкий

Bakı. 22 dekabr. REPORT.AZ/ "Sarı jiletlilər"in kiçik bir qrupu Brüsselin şimalında etiraz aksiyası keçirir. 

"Report" bu barədə RİA "Novosti"yə istinadən xəbər verir.

Bildirilir ki, heç bir hadisə qeydə alınmayıb, şəhərin mərkəzinə polis cəlb olunub. 

Təqribən, 50 nəfərdən ibarət qrup səhər saatlarında Sharbek şimal məhəlləsində toplanaraq sonra polisin müşayiəti ilə şəhərin mərkəzinə doğru yola düşüb. Etirazçılar vətəndaş təşəbbüsü referendumunu keçirmək tələbini əks etdirən vərəqələr paylayırlar.

Bir qədər əvvəl Brüsseldə polislə qarşıdurma ilə nəticələnən "sarı jiletlilər"in iki aksiyası keçirilib.

Son xəbərlər

Orphus sistemi