Yuxarı

Britaniyanın yeni müdafiə nazirinin adı açıqlanıb

Britaniyanın yeni müdafiə nazirinin adı açıqlanıb
Bu, Mühafizəkarlar Patiyasının təmsilçisi Qevin Uilyamsondur
© AFP 2017 / Glyn Kirk — Mühafizəkarlar Patiyasının təmsilçisi Qevin Uilyamson

Bakı. 2 noyabr. REPORT.AZ/ Mühafizəkarlar Patiyasının təmsilçisi Qevin Uilyamson Britaniyanın yeni müdafiə naziri təyin olunacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Britaniya hökumətinin mətbuat xidmətinin nümayəndəsi bildirib.

Qeyd edək ki, ölkənin müdafiə naziri Maykl Fallon ötən gün istefa verib. Məlumata görə, nazir keçmişdə yol verdiyi qeyri-etik davranışının üzə çıxmasından sonra bu addımı atıb. M.Fallon qeyd edib ki, keçmişdəki davranışı Böyük Britaniyanın Müdafiə Nazirliyinin standartlarına uyğun olmayıb. O həmçinin əlavə edib ki, baş nazir və parlamentin indi bu məsələyə ciddi yanaşması düzgün addımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi