Böyük Britaniya baş naziri Şotlandiya hökumətindən referendum haqqında məktub alıb

Böyük Britaniya baş naziri Şotlandiya hökumətindən referendum haqqında məktub alıb Nikol Stercen: “Dəyişkən şərtlər daxilində Şotlandiya xalqı öz gələcəyini seçmək haqqına malik olmalıdır”
Digər ölkələr
31 Mart , 2017 17:38
Böyük Britaniya baş naziri Şotlandiya hökumətindən referendum haqqında məktub alıb

Bakı. 31 mart. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Tereza Meyin ofisi Şotlandiyanın müstəqilliyi ilə bağlı ikinici referendumun keçirilməsi haqqında şotland hökumətinin başçısı Nikol Stercenin imzaladığı məktub alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Dəyişkən şərtlər daxilində Şotlandiya xalqı öz gələcəyini seçmək haqqına, daha doğrusu öz müqəddəratını təyin etmək haqqına malik olmalıdır”, - məktubda vurğulanıb.

Qeyd edək ki, bu il martın 28-də Şotlandiya parlamenti ilyarımdan sonra müstəqilliklə bağlı ikinci dəfə referendum keçirmək haqqında qərar qəbul edib.

Xatırladaq ki, birinci referendum 2014-cü il sentyabrın 18-də keçirilib. Referendum nəticəsində şotlandların Böyük Britaniyanın tərkibində qalıb-qalmamaları ilə bağlı fikirləri öyrənilib. Səsvermədə iştirak edən 2 milyon 1 926 seçiçi (55.3%) Şotlandiyanın Böyük Britaniyadan ayrılaraq müstəqil olmasının əleyhinə səs verib.

Son xəbərlər

Orphus sistemi