​Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendum keçiriləcək

​Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendum keçiriləcək Kraliça II Yelizaveta: "Britaniya krallığın Avropa İttifaqında qalması məsələsi ilə bağlı danışıqlar aparır"
Digər ölkələr
27 May , 2015 16:31
​Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendum keçiriləcək

Bakı. 27 may. REPORT.AZ/ 2017-ci ilin sonunadək Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı referendum keçiriləcək.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Britaniya kraliçası II Yelizaveta yeni parlamentin ilk sessiyasının açılışı zamanı ənənəvi çıxışında bildirib.

"Britaniya krallığın Avropa İttifaqında qalması məsələsi ilə bağlı danışıqlar aparır. Krallığın Avropa İttifaqından çıxmasına dair 2017-ci ilin sonunadək referendumun keçirilməsi haqda qanun layihəsi müzakirə ediləcək", - kraliça vurğulayıb.

Son xəbərlər

Orphus sistemi