Yuxarı

Britaniyalı nazirlər Baş nazir Tereza Meyi kütləvi istefalarla hədələyiblər

© REUTERS/Toby Melville

Bakı. 18 yanvar. REPORT.AZ/ Böyük Britaniya Nazirlər Kabinetinin üzvləri Baş nazir Tereza Meyi "Brexit" ilə əlaqədar kütləvi istefalarla hədələyiblər.

"Report" xəbər verir ki, bunu "The Telegraph" yazıb.

Nazirlər bəyan ediblər ki, İcmalar Palatasının deputatlarına müqavilə olmadan "Brexit"in həyata keçirilməsini dayandırmaq üçün cəhd göstərmək qadağan olunacağı təqdirdə istefaya getməyə hazırdılar. 

Məqalədə qeyd olunub ki, təxminən, 20 nazir hökuməti tərk etməyə hazırdır. Eyni zamanda, beş nazir birbaşa T.Meyə istefaya getmək planını açıqlayıb.

Yanvarın 15-də İcmalar Palatasının nümayəndələri Brüssel ilə razılaşdırılmış sazişi təsdiq etməyiblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi