Bakı. 11 mart. REPORT.AZ/ Syerra-Leonedə hərbi xidmətdə olan britaniyalı həbçidə Ebola virusu aşkar olunub.
"Report" BBC-yə istinadən xəbər verir ki, hərbçinin vətəninə göndəriləcəyi və ya Afrikada müalicə olunacağı hələ məlum deyil.
Qeyd olunur ki, bu, Ebola virusu aşkar olunan artıq üçüncü Britaniya vətəndaşıdır. Onun iki həmyerlisi artıq sağalıb.