Britaniyalı cərrah pasientlərin qaraciyərində lazerlə öz inisialını həkk etdirib

Britaniyalı cərrah pasientlərin qaraciyərində lazerlə öz inisialını həkk etdirib Bakı. 15 dekabr. REPORT.AZ/ Böyük Britaniyalı cərrah orqan nəqli əməliyyatları zamanı iki pasientin qaraciyərində lazerlə öz inisiallarını həkk etdirdiyini etiraf edib.
Digər ölkələr
15 Dekabr , 2017 12:28
Britaniyalı cərrah pasientlərin qaraciyərində lazerlə öz inisialını həkk etdirib
Richard Vernalls/PA

Bakı. 15 dekabr. REPORT.AZ/ Böyük Britaniyalı cərrah orqan nəqli əməliyyatları zamanı iki pasientin qaraciyərində lazerlə öz inisiallarını həkk etdirdiyini etiraf edib.

"Report" TASS-a istinadən xəbər verir ki, 53 yaşlı Saymon Bremholl məhkəmədə 2013-cü il fevralın 9-da və avqustun 21-də reallaşan iki insidentlə bağlı təqsirini boynuna alıb.

Belə ki, o, iki pasientinin donor qaraciyərində adının ilk iki hərfini həkk etdirmək üçün lazer şüasından istifadə edib. Onun yararlandığı arqon şüalar qanaxmanın dayandırılması üçün damarların yandırılmasında istifadə olunur və onun izləri orqanın işinə təsir göstərmir, tibbi müdaxilədən bir neçə müddət sonra öz-özünə yox olur.

Məhkəmə zamanı prokuror həkimin hərəkətlərinin yalnız etik baxımdan yanlış olmadığını, həm də cinayət olduğunu bildirib.

Həkimin "imzalar"ını onun həmkarları pasientləri yenidən əməliyyat edən zaman aşkar ediblər. Ölkənin səhiyyə icması hadisənin ümumilikdə həkimlərin fəaliyyətinə kölgə saldığını, insidentlə bağlı ciddi qərar qəbul etmək lazım olduğunu düşünür.

Təqsirləndirilən şəxs girov müqabilində azadlıqdadır, iş üzrə qərar gələn il yanvarın 12-də veriləcək.

Bremholl 12 ildir Birmingem şəhərində Kraliça II Yelizavetan xəstəxanasında cərrah kimi çalışır. Eyni zamanda, o, tələbələrə dərs deyib və tədqiqat işləri ilə məşğul olub. Onun ünvanına yönələn ittihamlar yayılandan sonra həkim bütün işlərindən kənarlaşdırılıb.

Ancaq bəzi pasientlər həkimin ciddi səhv etdiyini düşünmür və onun işinə bərpa edilməsi lazım olduğunu bildirir. 

"O, həqiqətən də nəql edilən qaraciyərdə inisiallarını həkk etdiribsə, burada pis nə var? Şəxsən mənim üçün fərqi olmazdı. Bu insan mənim həyatımı qurtarıb", - onun xəstələrindən biri deyib.

Son xəbərlər

Orphus sistemi