Bakı. 03 İyun. REPORT.AZ/ Britaniyalı aktyor Maykl Enrayt "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qarşı mübarizə aparan kürdlərə qoşulub.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Enrayt "YouTube"a qoyulan videoda bildirib.
"İŞİD hər bir canlı insan üçün təhlükədir", - deyə o vurğulayıb.
Aktyorun sözlərinə görə, onun üçün "son saman çöpü" fevralda İŞİD-in iordaniyalı pilotu yandırmasını əks etdirən video olub.