Britaniyadakı referendumun nəticələri funt sterlinqin dəyərinin azalmasına səbəb olub

Britaniyadakı referendumun nəticələri funt sterlinqin dəyərinin azalmasına səbəb olub Bu, Böyük Britaniyanın pul vahidinin tarixində ən böyük biranlıq enişdir
Digər ölkələr
24 İyun , 2016 09:34
Britaniyadakı referendumun nəticələri funt sterlinqin dəyərinin azalmasına səbəb olub

Bakı. 24 iyun. REPORT.AZ/ Böyük Britaniya ölkənin Avropa İttifaqının üzvü kimi qalıb-qalmamasıyla bağlı keçirilən referendumdan gələn xəbərlər funt sterlinqin dəyərinə təsir edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Aİ-dən çıxışın tərəfdarlarının sayının çox olmasıyla bağlı ilkin xəbərlərdən sonra funtun ABŞ dollarına nisbətdə kursu 5,5% azalaraq 1,4 dollara düşüb.

Bu, Böyük Britaniyanın pul vahidinin tarixində ən böyük biranlıq enişdir. Bir müddət əvvəl bu kurs göstəricisi 1 funt sterlinq=1,5 dollar kimi olub.

Son xəbərlər

Orphus sistemi