Britaniyada təyyarə qolf meydançasına düşüb, ölən var

Britaniyada təyyarə qolf meydançasına düşüb, ölən var Böyük Britaniyanın Mersisayd qraflığının Sautport şəhərində yüngül mühərrikli təyyarə naməlum şəraitdə qolf meydançasına düşüb.
Digər ölkələr
12 Aprel , 2019 05:23
Britaniyada təyyarə qolf meydançasına düşüb, ölən var

Böyük Britaniyanın Mersisayd qraflığının Sautport şəhərində yüngül mühərrikli təyyarə naməlum şəraitdə qolf meydançasına düşüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

Asayiş keşikçilərinin məlumatına görə, hadisə "Royal Birkdale" qolf-klubu ərazisində baş verib. Yüngül mühərrikli təyyarə yerə düşdükdən sonra birdən yanmağa başlayıb. Hadisə zamanı bir nəfər – təyyarənin pilotu qəza yerində həlak olub. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

Qəza yerinə təcili yardım maşınları və yanğınsöndürənlər cəlb edilib. Polis ərazidəki yolları kəsib.

Hadisənin başvermə səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi