Britaniyada son sutkada 800-dən çox insan koronavirusdan ölüb

Britaniyada son sutkada 800-dən çox insan koronavirusdan ölüb Böyük Britaniyada son bir gündə 801 nəfər koronavirusun qurbanı olub.
Digər ölkələr
15 Aprel , 2020 17:29
Britaniyada son sutkada 800-dən çox insan koronavirusdan ölüb

Böyük Britaniyada son bir gündə 801 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da krallıqda pandemiya qurbanlarının sayı 12 958 nəfərə yüksəlib. 

Bundan başqa, ölkədə yoluxanların da sayı daha 4 605 nəfər artaraq 98 476-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 018 000-i ötüb. Bunların 492 229 nəfəri sağalıb, 128 063 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi