Britaniyada miqrantların ələ keçirdiyi gəmi azad edilib

Britaniyada miqrantların ələ keçirdiyi gəmi azad edilib Bakı. 22 dekabr. REPORT.AZ/ Böyük Britaniya xüsusi təyinatlıları Temza çayının mənsəbində 4 miqrant tərəfindən ələ keçirilən İtaliyaya məxsus Grande Tema yük gəmisini azad ediblər.
Digər ölkələr
22 Dekabr , 2018 05:41
Britaniyada miqrantların ələ keçirdiyi gəmi azad edilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Böyük Britaniya xüsusi təyinatlıları Temza çayının mənsəbində 4 miqrant tərəfindən ələ keçirilən İtaliyaya məxsus "Grande Tema" yük gəmisini azad ediblər.

“Report” xəbər verir ki, bu barədə Esseks qraflığı polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hüquq-mühafizə orqanları əməkdaşları gəmiyə nəzarəti ələ keçirməyə və miqrantları tutmağa müvəffəq olublar.

BBC-nin məlumatına görə, gəminin məxsus olduğu "Grimaldi Group" şirkətinin nümayəndəsi bildirib ki, miqrantlar gəminin göyərtəsində 4 gün əvvəl aşkar ediliblər. Onlar kayutda saxlanılıblar və lazımi qida ilə təmin ediliblər.

Lakin dekabrın 21-də miqrantlar otaqdan çıxaraq dəmir parçaları ilə silahlanıblar və gəmini sahilə yaxınlaşdırmaq tələbi ilə heyət üzvlərini təhdid ediblər. Heyət üzvləri sükan budkasında gizlənə və hadisə barədə Britaniya xüsusi xidmət orqanlarına məlumat verə biliblər. Onlar gələnə qədər isə gəmi Kent qraflığının Marqit şəhərindən şimal-şərqdə dövr edib.

Məlumata görə, gəmi Nigeriyadan gəlirmiş və Afrikanın qərb sahillərində dörd dəfə dayanıb. Ehtimal olunur ki, miqrantlar dayanacaqlardan birində gəmiyə minməyi bacarıblar. Şirkətdə güman edirlər ki, miqrantların məqsədi Avropa ərazisinə düşmək olub.

Hadisə zamanı heç kim xəsarət almayıb. Polis insidentə terror aktı kimi baxmır.

Son xəbərlər

Orphus sistemi