Britaniyada məscidlərin mühafizəsi gücləndirilir

Britaniyada məscidlərin mühafizəsi gücləndirilir Baş nazir bu məqsədlə əlavə polis dəstələri göndərilməsi haqda qərar qəbul etdiyini bildirib
Digər ölkələr
19 İyun , 2017 17:23
Britaniyada məscidlərin mühafizəsi gücləndirilir

Bakı. 19 iyun. REPORT.AZ/ Britaniyanın baş naziri Tereza Mey ölkədəki məscidlərin mühafizəçilərinin sayının artırılması haqda qərar qəbul edib.

“Report” “dw”ya istinadən xəbər verir ki, bu haqda o, iyunun 19-da iqamətgahının qarşısındakı çıxışında bildirib.

Baş nazir məscidlərin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə polis dəstələri göndərilməsi haqda qərar qəbul etdiyini bildirib.

Xatırladaq ki, iyunun 18-də Londonun şimal-şərqində 48 yaşlı Britaniya krallığı təbəəsinin furqonu axşam namazından sonra məsciddən çıxanların üzərinə sürməsi nəticəsində bir nəfər ölüb, 10-dan çox insan xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi