Yuxarı

Britaniyada koronavirusa yoluxanların sayı 254 mini ötdü

Britaniyada koronavirusa yoluxanların sayı 254 mini ötdü

Böyük Britaniyada son sutkada 351 nəfər COVID-19-un qurbanı olub.

“Report” xəbər verir ki, bunu krallığın Səhiyyə və Sosial Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, Birləşmiş Krallıqda ölənlərin sayı 36 393-ə çatıb. Yoluxma faktlarının sayı daha 3 287 nəfər artaraq 254 195-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,2 milyonu ötüb. Bunların 2,1 milyon nəfərdən çoxu sağalıb, 335 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi