Britaniyada koronavirusa görə aeroportlarda xüsusi zonalar yaradılır

Britaniyada koronavirusa görə aeroportlarda xüsusi zonalar yaradılır Böyük Britaniyanın paytaxtı Londonun “Hitrou” beynəlxalq aeroportunda xüsusi zonalar yaradılacaq.
Digər ölkələr
22 Yanvar , 2020 14:52
Britaniyada koronavirusa görə aeroportlarda xüsusi zonalar yaradılır

Böyük Britaniyanın paytaxtı Londonun “Hitrou” beynəlxalq aeroportunda xüsusi zonalar yaradılacaq.

“Report” “Sky News”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın nəqliyyat naziri Qramt Şepps məlumat verib.

Onun sözlərinə görə, bu ərazilər koronavirusun yayıldığı bölgələrdən gələn sərnişinlər üçün nəzərdə tutulub.

Xatırladaq ki, artıq yüzlərlə insan koronavirusa yoluxub, 9 nəfər isə bu virusdan ölüb. Virusla bağlı vəziyyət Asiyanın bazar fondlarına da təsir göstərib.

Son xəbərlər

Orphus sistemi